Holand Qvardiolanın onu erkən əvəzləməsinə münasibət bildirdi

Dünya


“Mançester Siti”nin futbolçusu Erlinq Holand Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın “Leypziq” klubu ilə cavab oyununda əvəzlənmək istəməyib.

Komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçda 5 qol vuran norveçli forvard daha çox fərqlənmək niyyətində olub.

“Əvəzlənəndə Pep Qvardiolaya dedim ki, məni oyunda saxlasın. Çünki daha çox qol vurmaq istəyirdim. Amma nə edə bilərəm? Bu turniri – Çempionlar Liqasını sevirəm”, – deyə Holand bildirib.

Penta-trik edən forvard Lionel Messi və Luis Adrianonun göstəricisini təkrarlayıb. O, daha bir dəfə fərqlənə bilsəydi, turnir tarixinin mütləq rekordçusu olacaqdı. Lakin İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola 63-cü dəqiqədə Holandı əvəzləyərək, ona bu fürsəti verməyib.

Mənbə: Sport.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir