Sakit okeanın cənubunda yerləşən Tonqada yeddi bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yanaşı olaraq sunami təhlükəsi elan edilib.
Yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan 1 011 kilometr cənubda yerləşib. Şəhərdə 22,4 min insan yaşayır.
Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
www.102info.az