Ankarada evi yanan şəxs alovlara məhəl qoymadı: Eyvana çıxıb spirtli içki içməyə davam etdi – VİDEO

Dünya


Türkiyənin Ankara şəhərində gecə saatlarında maraqlı hadisə yaşanıb.

Gölbaşı rayonunda yaşayış binasının ikinci mərtəbəsindəki mənzildə yanğın baş verib. Evi yanan şəxs isə eyvana çıxaraq spirtli içki qəbul etməyə davam edib.

Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polislər gəliblər.

Ətrafdakı vətəndaşlar sərxoş kişini eyvandan tullanması üçün razı salmağa çalışıblar. Bu anlar vətəndaşların kamerasına əks olunub.

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürməyə nail olublar. Yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.  

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir