İraqda göyərtəsində hərbçilər olan ABŞ helikopteri qəzaya uğrayıb

Dünya


İraqın qərbində ABŞ-yə məxsus “Chinook” hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının qərargahı məlumat yayıb.

İdarədən verilən məlumata görə, helikopter hərbçiləri daşıyırmış.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

“Əl-Mayadeen” öz növbəsində mənbələrə istinadən qeyd edib ki, “Chinook” “Black Hawk” hücum helikopterinin müşayiəti ilə İraqın qərbindəki “Ayn əl-Əsəd” aviabazasından havaya qalxıb.

O da bildirilir ki, qəza yerində altı hərbçinin meyiti tapılıb, göyərtədə olan yeddinci şəxsin – qadın əsgərin axtarışları hələ də davam edir.

Qeyd olunur ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, bundan sonra yanğın başlayıb və nəticədə göyərtədəki döyüş sursatı partlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir