Rusiyada bir kişi qadını avtomobilinin baqajına basaraq qaçırıb.
Hadisə barədə polisə yerli sakinlərdən biri məlumat verib. Xanım hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayaraq rəfiqəsinin Orenburqda yanacaqdoldurma məntəqəsində qaçırıldığını deyib.
Polis ətrafdakı kameralardan qeydləri araşdırıb. Kadrlardan görünür ki, qadın yanacaqdoldurma məntəqəsinin işçilərindən kömək istəmək üçün qapıya tərəf qaçır, lakin kişi onu tutub geri sürüyərək maşına mindirir.
Yol polisi əməkdaşları dərhal əməliyyata başlayıblar. Qısa müddətdən sonra 34 yaşlı sürücü saxlanılıb və qadın xilas edilib.
Saxlanılan şəxsin zərərçəkmişin sevgilisi olduğu üzə çıxıb. Hazırda polis hadisənin başvermə şəraitini araşdırır.
Mənbə: Gazeta.ru
www.102info.az