Cümə axşamı İranın qərbində, İraqla sərhəddə 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri İraqın 57,3 min insanın yaşadığı Hələbcə şəhərindən 17 km şimal-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS
www.102info.az