Mersində zəlzələ əhalini təşvişə saldı

Dünya


Axşam saatlarında Türkiyənin Mersin vilayətində zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Aralıq dənizinin Mersin Körfəzi – Mersin Erdemli bölgəsində qeydə alınıb.

Bildirilib ki, zəlzələnin gücü 4,3 bal təşkil edib, ocağı isə 16,04 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar yerli əhali arasında təşviş yaradıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir