Estoniya hakimiyyəti ölkənin işğal olunacağı təqdirdə partizan müharibəsi üçün hazırlıqlara başlayıb.
Belə ki, hökumət Respublikanın Müdafiə Qüvvələrinin səlahiyyətlərini genişləndirən qətnamə qəbul edib.
Sənədə əsasən, ölkənin Müdafiə Qüvvələrinə işğal olunmuş ərazilərdə silahlı müqavimət göstərmək səlahiyyəti verilib. Bu məqsədlər üçün ölkədə agent şəbəkələrinin və lazımi infrastrukturun yaradılması nəzərdə tutulur.
Həmçinin qeyd olunur ki, hərbi komandanlıq işğal olunmuş zonada işləyən məxfi şəxsləri əməkdaşlığa cəlb etmək imkanı əldə edəcək.
Qeyd edək ki, bu ayın əvvəlində Estoniya müdafiə departamentinin rəhbəri Hanno Pevkur müharibə şəraitində Müdafiə Qüvvələrinin sayının demək olar ki, iki dəfə artırılmasını təklif edib. Şəxsi heyətin yuxarı həddinin 26,7 min nəfərdən 43,7 min nəfərə qədər artırılmasını nəzərdə tutan qanun layihəsi hazırda təsdiqlənməyə göndərilib.
Mənbə: versia.ru
www.102info.az