Fransada pensiya islahatı ilə bağlı etiraz aksiyalarında çox sayda insan saxlanıldı – VİDEO

Dünya


Fransada pensiya islahatına qarşı çıxanların etiraz aksiyaları davam edir.

Fransa Baş naziri Elizabet Borne pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsinin səsvermə yolu ilə qəbul edilməsinə qərar verib. Bundan sonra islahat əleyhdarları Paris küçələrinə axışıblar.

İslahat əleyhinə olan minlərlə insan Parisdə Milli Assambleyaya yaxın Konkord meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşanıb, polisin meydandan uzaqlaşdırdığı nümayişçilər ara küçələrə dağılışıblar.

Nümayişçilər Paris küçələrində təmizlik işçilərinin tətili nəticəsində günlərdir yığılan zibilləri yandırıblar. Eyni zamanda bəzi avtomobillərə və ictimai əmlaka da ziyan vurublar.

Etiraz aksiyaları zamanı 20-dən çox insan nəfər saxlanılıb.

Yerli medianın məlumatına görə, həmçinin Nant, Lion və Renn kimi müxtəlif şəhərlərdə də küçələrdə etiraz nümayişləri keçirilib.

Mənbə: Haber Global, DW.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir