Fransalı professor ölkəsini biabır etdi: “Peyin üzərində xoruz kimi…”

Dünya


“Problem deyirsiniz? Fransa yoxsullaşıb, əhalisi isə qocalıb”.

Bu sözləri fransalı iqtisadçı, Sapiens İnstitutunun professoru, esseist, analitik Olivye Babau öz “Twitter” hesabında yazıb.

O bildirib ki, Fransa artıq digər xalqlar arasında bir zamanlar qibtə doğuran mövqeyini itirib.

“Fransanın ruh halı artıq öz tələbatlarını qarşılamaq vasitələrinə sahib olmayan keçmiş varlı adamı xatırladır. Artıq cəlb etməyən köhnə bir gözəllik”, – deyə o qeyd edib.

“Adambaşına düşən ümumi daxili məhsul, əmək məhsuldarlığı, iş vaxtı, təhsil alanların səviyyəsi və s. baxımından biz geridəyik. Və vecimizə də deyil.

Bu Fransa axmaqdır və Dyukobyu (Fransanın “Məktəbli Dyukobyu” filmi. Filmdə avara və məsuliyyətsiz məktəbli olan Dyukobyunu məktəbdən qovmaq istəyirlər. Bunun qarşısını almaq üçün o, ixtiraçılıq baxımından tamamilə unikal aldatma və köçürmə texnologiyası düşünməlidir – red.) olması ilə fəxr edir.

Fransa artıq dünyanın ən səxavətli sosial müdafiə şəbəkəsinə malik deyil. Sosial müavinətlər isə tükənib. Onun idarəedici orqanı faydasız və səmərəsizdir. Bizə borc verənlər (əməliyyat xərclərimizi ödəmək üçün hər həftə 6 milyard avro) qaşlarını çatmağa başlayır. Borcun məbləği çoxdur. Onlar həqiqətən narahat olmağa başladıqda sadəcə olaraq kredit verməyi dayandıracaqlar. Və ya onların diktə etdikləri şərtlər keçərli olacaq. Hər bir borclu öz kreditorlarından asılıdır. Amma onlar bizə nə qədər sərt baxsalar, bir o qədər də biz onlara nifrət edəcəyik.

Bura Fransadır, Daniel xala…”, – deyə Olivye Babau əlavə edib.

Onun sözlərinə görə, cəmiyyət arasında elə bir fikir formalaşıb ki, hər kəs başqalarının zəhməti hesabına yaşaya biləcəyini düşünür.

“Bütün sərvətlər qeyri-qanunidir. İstənilən elita fırıldaqçıdır. İş – mürtəce dəyərdir. Mükəmməllik qeyri-bərabərdir, ona görə də nifrət doğurur. Tərəqqi proseslərinə şübhə ilə yanaşılır. Elm istehza obyektidir. Bizim qaranlıqda yaşayan bu xalqlar üzərində danılmaz mənəvi üstünlüyümüz var, çünki bizim şanlı istisnalarımız onları işıqlandırmayıb. Biz başqalarından az işləyə bilirik, başqalarından çox maaş verə, başqalarından daha çox tənzimləmə apara bilirik, çünki biz fransalıyıq”, – deyə o vurğulayıb.

“Bu, OSS 117 agentinə bənzər Fransadır. Biz daha çox vergi tələb edə bilərik və bunun düzgün həll yolu olduğunu düşünə bilərik, amma tezliklə vergiyə cəlb ediləcək heç nə və heç kim qalmayacaq.

Biz hardasa sidrsiz Livan və neftsiz Venesuela arasında bir şey olacağıq. Peyin üzərində xoruz kimi…”, – deyə professor fikrini yekunlaşdırıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir