ABŞ Qara dənizdə dronun qəzaya uğradığı yerə daha bir “MQ-9 Reaper” PUA-sı göndərib.
Bu barədə CNN xəbər verib.
Bildirilib ki, Vaşinqton Rusiya yaxınlığında uçuşları dayandırmaq fikrində deyil.
İlk “MQ-9 Reaper”in Qara dənizdə suya düşməsindən sonra Pentaqon bu cür uçuşların xərclərini və faydalarını təhlil etmək niyyətindədir. Bunun üçün o, əvvəlki dronun düşmə zonasına daha bir PUA göndərib.
Yeni MQ-9-un vəzifəsi isə Rusiya hərbçilərinə və onların Amerika dronunun qalıqlarını dənizin dibindən çıxarmaq cəhdlərinə nəzarət etməkdir.
www.102info.az