Anri qadın komandasının baş məşqçisi olmaqdan imtina etdi

Dünya


Tyerri Anri Fransanın qadınlardan ibarət milli komandasının baş məşqçisi olmaqdan imtina edib.

Bu barədə Fransa Futbol Federasiyasından Jan-Mişel Olas məlumat verib.

“Mən şəxsən ondan bu barədə soruşdum və cavab müsbət olmadı. Anrinin maraqlanacağını düşünürdük. Amma o, komandanın baş məşqçisi olmayacaq. Düşünürəm ki, Anri başqa bir layihəyə imza atacaq”, – deyə Olas bildirib.

Anri Belçika millisində köməkçi məşqçi kimi çalışıb, eyni zamanda Fransanın “Monako” və ABŞ-nin “Monreal” klublarına rəhbərlik edib. O,  bir müddət “Arsenal”ın gənclər komandasını çalışdırıb.

Mənbə: ESPN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir