Konfrans Liqasında mövsümün son püşkü atıldı

Dünya


UEFA Konfrans Liqasında mövsümün sonuncu püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçirilən mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-biri ilə rəqib ola bilib.

Turnirin favoritlərindən “Fiorentina” 1/4 finalda “Lex”lə üz-üzə gələcək. 1/8 finalda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Gent” “Vest Hem”ə rəqib olub. “AZ Alkmaar” “Anderlext”, “Bazel” “Nitsa” ilə qarşılaşacaq.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

UEFA Konfrans Liqası
1/4 final

“Lex” (Polşa) – “Fiorentina” (İtaliya)
“Gent” (Belçika) ­- “Vest Hem” (İngiltərə)
“AZ Alkmaar” – “Anderlext” (Belçika)
“Bazel” (İsveçrə) – “Nitsa” (Fransa)

Yarımfinal

“Lex” (Polşa)/“Fiorentina” (İtaliya) cütünün qalibi – “Bazel” (İsveçrə)/“Nitsa” (Fransa) cütünün qalibi
“Gent” (Belçika)/“Vest Hem” (İngiltərə) cütünün qalibi – “AZ Alkmaar”/“Anderlext” (Belçika) cütünün qalibi

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir