Latviya 35 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda müğənnilər və aktyorlar da var

Dünya


Latviya Ukraynadakı müharibəyə dəstək verdiyi üçün 35 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat verib.

“Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyən 35 Rusiya Federasiyası vətəndaşının Latviya Respublikasında “persona non qrata” siyahısına daxil olunması barədə qərar qəbul edib”, – deyə press-relizdə bildirilib.

Qeyd olunub ki, onların ölkəyə girişi qeyri-müəyyən müddətə qadağan olunub.

Siyahıya ifaçılar Yaroslav Dronovpod (Şaman), Akim Apaçev (Qasanov), Natalya Kaçura, Nadejda Babkina, Aleksandr Marşal da daxil ediliblər. Həmçinin teleaparıcılar Lera Kudryavtseva, Yuliya Baranovskaya, Ruslan Ostaşko, aktyorlar Polina Aqureyeva, Kirill Kuznetsov, Stanislav Starovoytov, politoloqlar Yevgeni Satanovski, Gevorq Mirzayan, Rostislav İşenko, Dmitri Yevstafyev, jurnalistlər Mixail Şahnazarov və Yuliya Vityazyevaya qarşı da məhdudiyyətlər tətbiq edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir