Ərdoğanla eyni ad, soyad və ata adını daşıyan gənc Türkiyədə prezidentliyə namizəd oldu

Dünya


Rəcəb Tayyib Ərdoğanla eyni ad, soyad və ata adı daşıyan 24 yaşlı Türkiyə vətəndaşı qarşıda keçiriləcək prezident və parlament seçkilərində iştirak etmək məqsədilə namizədliyini irəli sürüb.

Türkiyənin Nevşehir vilayətindən olan Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, seçicilərin dəstəyinə ümid edir və seçiləcəyi təqdirdə qanunverici orqanda gənclərin maraqlarını təmsil etmək niyyətindədir.

“Mən indiki prezidentimiz şeir dediyi üçün həbsə atılandan üç gün sonra dünyaya gəlmişəm. Prezidentimizi çox sevən atam ona dəstək olmaq məqsədilə mənə Rəcəb Tayyib adını verib”, – deyə Rəcəb Tayyib bildirib.

Mənbə: Gercekgundem.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir