ABŞ konqresmenləri “Rosatom” və Çin arasında əməkdaşlığı dayandırmağa çağırdılar

Dünya


Respublikaçı konqresmenlər Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə Çin arasında əməkdaşlığı dayandırmağa çağırıblar.

Konqresmenlər bununla bağlı Ağ Evə məktub ünvanlayıblar və bu əməkdaşlığın ABŞ təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildiriblər. Məktub ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana göndərilib.

Məktubun müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr, silahlı qüvvələr komitələrinin, eləcə də kəşfiyyat üzrə daimi komitəsinin sədrləri olub. Konqresmenlər “Rosatom”un Çinin sürətli neytron reaktorlarına uran tədarük etməsindən narahat olduqlarını qeyd ediblər.

Onlar Ağ Evi bu əməkdaşlığı ABŞ-nin təhlükəsizliyinə birbaşa təhdid kimi nəzərdən keçirməyə çağırıblar. Məktub müəllifləri hesab edirlər ki, Ağ Ev “Rosatom” və Çin arasında təhlükəli əməkdaşlığın dayandırılması üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir.

Konqresmenlər ölkə rəhbərliyini “Rosatom”un fəaliyyətini məhdudlaşdırmaq üçün əlavə sanksiyalar və ixraca nəzarət tədbirləri tətbiq etməyə çağırırlar.

Mənbə: “Financial Times”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir