“Barselona”da şok itki: “El-Klasiko”nu buraxacaq

Dünya


“Barselona” ciddi itki ilə üzləşib.

Kataloniya klubu yarımmüdafiəçisi Pedrinin xidmətindən məhrum olub. Gənc oyunçu komandanın bugünkü məşqini yarımçıq tərk edib. O, hazırlıq prosesində özünü pis hiss edib. Zədədən yeni sağalan 20 yaşlı yarımmüdafiəçinin La Liqanın XXVI turunda “Real”la ev matçını buraxacağı bildirilir.

Pedri İspaniya millisi ilə AVRO-2024-ün seçmə mərhələsinin mart ayındakı görüşlərinə də çıxa bilməyəcək.

Martın 20-də oynanılacaq “El-Klasiko” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mənbə: As.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir