“Newsweek”: “Qərbdəki bank böhranı Rusiyanın xeyrinə ola bilər”

Dünya


“Qərb ölkələrindəki bank böhranı Ukrayna müharibəsində Rusiyaya sərf edəcək”.

Bu barədə “Newsweek” jurnalının köşə yazarı Ketrin Fanq öz məqaləsində bildirib.

Məqalə müəllifi Ukraynanın hərbi sursatlarının tükənə biləcəyi ilə bağlı son narahatlıqlara diqqət çəkib. Onun sözlərinə görə, belə bir şəraitdə Kiyev kömək üçün Qərb müttəfiqlərinə müraciət edəcək.

“Əgər avropalılar öz maliyyə vəziyyətləri haqqında daha çox düşünməyə başlasalar, ictimai rəy Ukraynaya kömək edilməsinin əleyhinə dəyişə bilər”, – deyə o qeyd edib.

Materialda bildirildiyinə görə, bank böhranının nəticəsi olaraq Avropa ölkələri üçün hərbi dəstək yükünü daşımaq çətinləşə bilər. Lakin bununla belə məqalə müəllifi vurğulayıb ki, Qərb ölkələrinin Kiyevi dəstəkləməkdən imtina edəcəyinə şübhə edir.

Mənbə: KP.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir