İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, “Atletiko” “Valensiya”nı qəbul edib. Görüş Madrid klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.
“Hindular”ın qollarına Antuan Qrizmann, Yannik Ferreyra Karrasko və Toma Lemar imza atıblar.
Qələbə ilə xallarını 51-ə yüksəldən “Atletiko” 3-cü pillədə mövqeyini möhkəmləndirib. Uğursuz mövsüm keçirən “Valensiya” 26 xalla 17-cidir.
www.102info.az