Pakistanın Pəncab əyalətinin polis qüvvələri Pakistanın sabiq baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın Lahordakı iqamətgahına daxil olaraq 61 nəfəri fəalı həbs ediblər.
Məlumatı Pəncab əyalətinin polis rəisi Usman Ənvər də təsdiq edib.
Qeyd edək ki, bir neçə saat əvvəl Pakistanın hüquq-mühafizə orqanlarının əməkdaşları İmran Xanın iqamətgahının yaxınlığında onun tərəfdarlarının qurduqları çadır düşərgələrini sökməyə başlayıb.
Nəticədə polislə İmran Xanın tərəfdarları arasında toqquşmalar baş verib.
Mənbə: Reuters
www.102info.az