Banqladeşin Şibçar şəhərində sərnişin avtobusu 9 metr dərinliyindəki xəndəyə yuvarlanıb.
İlkin məlumata görə, qəza nəticəsində 19 nəfər ölüb.
Səlahiyyətlilər avtobusda 40-dan çox sərnişinin olduğunu bildiriblər.
Qəzaya səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Mənbə: Haber Global
www.102info.az