Maqadanda fövqəladə vəziyyət tətbiq edilib.
Bu barədə şəhərin meri Yuri Qrişan öz “Telegram” kanalında məlumat verib.
Qərara dəyişkən hava şəraiti səbəb olub.
Məlumata görə, fövqəladə vəziyyət yerli vaxtla martın 19-u saat 18:00-dan qeyri-müəyyən müddətədək elan edilib.
Qeyd edək ki, həftənin əvvəlindən Maqadana ay yarımlıq yağıntı norması düşüb.
Mənbə: lenta.ru
www.102info.az