Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Dünya


“Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”.

Bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.

“Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, “LCI” telekanalında deyib.

Diplomatın sözlərinə görə, müharibədə qalib gəlmək çox vacibdir, çünki Ukrayna münaqişəsi Qərbin əsas dəyərləri və Qərb mədəniyyəti uğrunda gedən döyüşdür.

Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski “Corriere della Sera” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın Ukraynadakı münaqişədə məğlub olması Polşa və bütün Avropa üçün “varlıq səbəbi”nə çevrilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir