İtaliya A Seriyasında XXVII turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, bağlanış matçında “İnter” və “Yuventus” birincilərin meydanında üz-üzə gəliblər. İtaliya derbisi Turin klubunun qələbəsi ilə başa çatıb – 1:0.
Yeganə qolu 23-cü dəqiqədə Filip Kostiç vurub.
Qələbə sayəsində xalını 41-ə çatdıran “Yuventus” 7-ci pillədədir. Maliyyə maxinasiyalarına görə Turin klubunun aktivindən 15 xal silinib. “İnter” isə 50 xalla 3-cü pillədədir.
www.102info.az