ABŞ senatorundan xəbərdarlıq: “Banan respublikasına çevriləcəyik”

Dünya


Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı cinayət təqibi ölkəni “üçüncü dünyanın banan respublikasına” çevirə bilər.

Bunu “Twitter”də Missuri ştatından olan ABŞ senatoru Erik Şmitt yazıb.

“Birləşmiş Ştatlarda solçular siyasi rəqiblərini təqib etmək üçün getdikcə daha çox cinayət araşdırmalarından istifadə edir. Belə hallara son qoyulmalıdır. Solçuların davranışı avtoritar dövlətin siyasi düşmənlərini cinayət təqibləri ilə cəzalandırdığı banan respublikasının davranışına bənzəyir”, – deyə senator qeyd edib.

O xatırladıb ki, ədalət qərəzsiz olmalıdır. Şmitt vurğulayıb ki, qanunun aliliyini qorumaq üçün prokurorlar xüsusi məsuliyyət daşıyırlar.

“Əgər bu cür davranış avtoritar bir dövlətdə baş versəydi, bizim ABŞ Dövlət Departamentimiz bunu qınayardı. Liberal Nyu Yorkda bu, adi hal kimi görünür. Bu dəlilik normaya çevrilməzdən əvvəl onunla qarşılaşmaq üçün cəsarətimiz olmalıdır. Biz bu Respublikanı və qanunun aliliyini xilas etmək üçün mübarizə aparmalıyıq. Əgər bunu etməsək və ya susmağı seçsək, banan respublikasına çevriləcəyik”, – Şmitt vurğulayıb.

Xatırladaq ki, Şmitt əvvəllər Missuri ştatının baş prokuroru vəzifəsində çalışıb və ötən ilin noyabrında Trampın dəstəyi ilə ABŞ Senatına seçilib. O, ötən ay Trampın 2024-cü ildə prezidentliyə namizədliyini təsdiqləyib.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir