Küveyt neft şirkəti fövqəladə vəziyyət elan etdi

Dünya


Küveytin “Kuwait Oil Company” neft şirkəti ölkənin qərbində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Şirkətin sözçüsü Kusay Əl-Hamerin sözlərinə görə, fövqəladə hadisə nəticəsində xəsarət alan olmayıb, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası da aşkar edilməyib.

Qeyd olunub ki, neft hasilatı eyni rejimdə həyata keçirilir.

“Kuwait Oil Company” şirkətinin nümayəndələri tərəfindən qəzanın aradan qaldırılması ilə bağlı işlər aparılır. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir