Çin liderinin Moskvada qaldığı lüks hotel otağı nümayiş olundu – VİDEO

Dünya


Çin Prezidenti Si Cinpinin Rusiyaya səfəri zamanı qalacağı Moskvadakı hotel otağından görüntülər yayımlanıb.

Beş ulduzlu hotel Rusiya paytaxtının şimal-şərqində, Çinin “Park Huaming” biznes mərkəzinin ərazisində yerləşir.

Məlumata görə, yeddi otaqlı nömrə beş ulduzlu “Soluxe Hotel Moscow”dadır. Otaq 373 kvadratmetrdir və orada türk hamamı, cakuzi də var.

Qeyd olunur ki,Moskvadakı Çin biznes mərkəzini Çin Xalq Respublikası Dövlət Şurası adından yaradılmış “Huaming” şirkəti idarə edir.

Bildirilir ki, bir ay əvvəl hotel Çindən aşpaz sifariş edib.

Xatırladaq ki, martın 20-də Çinin dövlət başçısı Si Cinpin Rusiyaya rəsmi səfərə yollanıb.

Mənbə: news.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir