Rusiya Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin dördtərəfli məsləhətləşmələrin cədvəlini razılaşdırır.
Bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov açıqlayıb.
“Hələ razılığa gəlməmişik”, – deyə o bildirib.
Boqdanov görüşün ən qısa zamanda baş tutacağına ümid etdiyini deyib.
“Ancaq bizim həmkarlarımızın, suriyalıların, türklərin və iranlıların iş qrafiki var. Hələlik konkret tarix yoxdur, ortaq məxrəcə gəlməyə çalışacağıq”, – o vurğulayıb.
Mənbə: RT
www.102info.az