ABŞ hesab edir ki, Rusiya qoşunları yaxın vaxtlarda Ukraynaya qarşı yeni hücuma cəhd edə bilər və bu cür hücumlar bir neçə istiqamətdə həyata keçirilə bilər.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlayıb.
Onun sözlərinə görə, yaxın həftələr Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində “kritik” olacaq.
“Biz Ukraynanı buna hazır vəziyyətə gətirmək üçün əlimizdən gələni etdiyimizə əmin olmalıyıq”, – Kirbi bildirib.
O həmçinin ABŞ-nin ukraynalıların özlərini “Rusiyanın hər hansı yeni hücumundan” qoruya bilməsi və “istənilən vaxt, istənilən yerdə, istədikləri ölçü və miqyasda öz hücum əməliyyatlarını həyata keçirə bilməsini” istədiyini vurğulayıb.
Mənbə: CNN
www.102info.az