AVRO-2024-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə qarşılaşacaq Türkiyə yığması itki ilə üzləşib.
Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Qalatasaray”ın müdafiəçisi Abdulkerim Bardakçı heyətdən çıxarılıb. Buna onun üç gündür davam edən baş ağrıları səbəb olub.
Türkiyə yığması martın 25-də Ermənistanın qonağı olacaq, üç gün sonra isə Xorvatiyanı qəbul edəcək.
www.102info.az