Zelenski Baxmut istiqamətində hərbçilərlə görüşdü – VİDEO

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətindəki mövqelərində olub. O, hərbçilərlə söhbət edib, onlara mükafatlar təqdim edib.

Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

“Mən bu gün burada, dövlətimizin şərqində, Donbasda olmaq və qəhrəmanlarımızı mükafatlandırmaq, onlara təşəkkür etmək, əllərini sıxmaq şərəfinə nail oldum. Ukrayna dövlətini, suverenliyini, şərqini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Mənbə: Strana.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir