Tacikistanda yenidən zəlzələ baş verib

Dünya


Martın 23-də Tacikistanda 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 144 min insanın yaşadığı Xucənd şəhərindən 96 km cənub-şərqdə yerləşib. Ocağın 8 km dərinlikdə olduğu bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 9-da ölkədə 4,1, daha sonra 4,8 və sonda 5,7 bal gücündə silsilə zəlzələlər qeydə alınıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir