Uqanda Parlamenti səs çoxluğu ilə homoseksuallığa qarşı yeni qanunu qəbul edib. Bu qanun bəzi cinayətlərə görə ölüm cəzasını nəzərdə tutur.
Bundan sonra uşaqlar və fəaliyyət qabiliyyəti olmayan şəxslərlə məcburi eyni cinsli münasibətlərə, habelə HİV infeksiyasına səbəb olan hallara görə ölüm cəzası tətbiq ediləcək. Bu maddəyə əsasən, digərləri ilə yanaşı, bu cür zorakılıq hallarına yol vermiş valideynlər və pedaqoqlar, o cümlədən hakimiyyət nümayəndələri də məsuliyyətə cəlb olunacaqlar.
Qanun yetkinlik yaşına çatmayanları homoseksual münasibətə cəlb edənlərə 20 il həbs cəzası nəzərdə tutur. Eynicinsli münasibətlərdə olması sübuta yetirilən şəxslər 14 il həbs cəzası ilə cəzalandırılacaq. Eyni cinsdən olan şəxslərə hər hansı xidmət göstərənlər isə 10 il həbs cəzası alacaqlar. Övladlarının eynicinsli əlaqəyə girməsinə icazə verən valideynlər üç ilədək azadlıqdan məhrum ediləcəklər.
Qeyd edək ki, Şərqi Afrika ölkəsində əvvəllər də homoseksuallıq qadağan olunub. 2014-cü il qanununa əsasən, eynicinsli əlaqələrə yol verənlər ömürlük həbs cəzasına məhkum ediliblər. Lakin bu qayda sonradan ləğv olunub.
Mənbə: unn.com.ua
www.102info.az