Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.
Ötən gecə etirazçıları dağıtmaq məqsədi ilə nümayişçilərin olduqları əraziyə göndərilən üç polis maşını toqquşub.
Hadisədən sonra iki avtomobil hadisə yerindən uzaqlaşsa da, üçüncü avtomobil orada qalıb və nəticədə nümayişçilər polis avtomobilinə hücum ediblər.
Xatırladaq ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Pensiya islahatlarına dair qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.
Mənbə: İzvestiya
www.102info.az