Mark Zukerberq üçüncü dəfə qız atası oldu: “Xoş gəldin, Aurelia…” – FOTO

Dünya


“Meta” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun 38 yaşlı həyat yoldaşı Prisilla Çanın üçüncü övladları dünyaya gəlib.

Mark Zukerberq bu barədə öz “İnstagram” hesabında paylaşım edib.

O bildirib ki, üçüncü övladları olan qızlarına Aurelia Çan Zukerberq adını veriblər.

“Dünyaya xoş gəldin, Aurelia Çan Zukerberq. Sən kiçik bir nemətsən”, – deyə Zukerberq qeyd edib.

Xatırladaq ki, Mark və Prisillanın həmçinin yeddi yaşlı Maksima və beş yaşlı Avqusta adlı qızları var.

Mənbə: “Daily Mail”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir