Türkiyə 26 iranlı məhbusu ekstradisiya edib

Dünya


Türkiyə İran vətəndaşı olan 26 məhbusu ölkələrinə ekstradisiya edib.

Bu barədə bazar günü İranın Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin başçısına istinadən “Tasnim” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, məhkum edilmiş vətəndaşların köçürülməsi prosesi İran-Türkiyə sərhədində, Bazarqan keçid məntəqəsi ərazisində (İranın şimal-qərbində) baş verib.

Ekstradisiya edilən 26 məhbusun hamısı lazımi hüquqi prosedurlar tamamlandıqdan sonra Bazarqan şəhər həbsxanasına köçürüləcək.

Agentlik bu İran vətəndaşlarının Türkiyədə hansı ittihamlarla mühakimə olunduqları barədə ətraflı məlumat verməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir