Bazar günü Çilidə 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 129 min nəfər əhalisi olan Kopyapo şəhərindən 209 km şimal-şərqdə yerləşib. Mənbə 8 km dərinlikdə olub.
Mümkün itkilər və dağıntılar barədə məlumat verilməyib.
www.102info.az