Martın 26-da Kubada ölkə parlamenti – Xalq Hakimiyyəti Milli Assambleyasına seçkilər keçirilir.
Məlumata görə, ölkə üzrə 23 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə nəticəsində kubalılar 470 nəfərdən ibarət onuncu çağırış qanunvericilik məclisinin tərkibini müəyyən etməlidirlər.
Bildirilir ki, parlamentdəki 470 yerə 470 namizəd var. Halbuki, deputat mandatı üçün müraciət edənlərin ilkin sayı 19 min nəfərdən çox olub.
İlkin hesablamalara görə, mövcud namizədlər əhali tərəfindən dəstəklənərsə, yeni parlamentin yarıdan çoxu (55%) qadınlardan ibarət olacaq.
Qeyd edək ki, Kuba Kommunist Partiyası ölkədə yeganə partiyadır.
Mənbə: rg.ru
www.102info.az