Ötən il İranda öldürülən bəlucların sayı AÇIQLANDI – FOTO

Dünya


2022-ci ildə İranda 628 etnik bəluc öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, öldürülən etnik bəluclardan 182 nəfər daha çox narkotik ittihamı ilə edam edilib.

2022-ci ildə İranda etirazların yatırılması zamanı da daxil olmaqla, İran təhlükəsizlik qüvvələri tərəfindən 167 nəfər güllələnib.

Sistan və Bəlucitan əyalətinin Zahedan şəhərində keçən il sentyabrın 30-da İran polisinin nümayişçilərə qarşı zorakılığı və bundan sonra hökumətin bu addımına qarşı xalq etirazları zamanı “Qanlı cümə” günündə 121 nəfər həlak olub.

 

www.102info.az

Spread the love