Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Dünya


Macarıstanın Dövlət Assambleyası (birpalatalı parlament – red.) bazar ertəsi Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləyib.

Bu barədə ölkənin ali qanunverici orqanından məlumat verilib.

Məlumata görə, deputatların böyük əksəriyyəti Finlandiyanın Şimali Atlantika alyansına qoşulmasına səs verdikdən sonra müvafiq qərar qəbul edilib. Səsvermənin nəticələri 182 nəfər lehinə, 6 nəfər əleyhinə olub.

Qeyd edək ki, ümumilikdə Macarıstan parlamenti 199 deputatdan ibarətdir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir