San-Pauluda məktəbdə səkkizinci sinif şagirdi bir müəllimi öldürüb, üç müəllimi və bir şagirdi yaralayıb.
Hadisə bazar ertəsi yaşanıb.
Məlumata görə, 13 yaşlı yeniyetmə məktəbə bıçaq gətirərək 71 yaşlı müəllimə hücum edib. Müəllim aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Mərhumun daha üç həmkarı və bir şagird də təcavüzkarın hərəkətlərindən zərər çəkib və sonda onu zərərsizləşdirərək polisə təhvil veriblər.
Yeniyetmə saxlanılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.
Təcavüzkarın özü faciədən bir qədər əvvəl “Twitter”də planları haqqında yazıb. Şagirdlərin sözlərinə görə, hücuma səbəb irqi münaqişə və digər uşaqlar tərəfindən təcavüz ola bilər.
Mənbə: TASS
www.102info.az