Səudiyyə Ərəbistanında Ümrə ziyarəti üçün ölkəyə gələnləri daşıyan avtobus qəzaya uğrayıb.
Məlumata görə, Məkkəyə gedən avtobusun əyləcinin nasazlığı nəticəsində nəqliyyat vasitəsi Əsir şəhərinin Aqaba Şaar bölgəsində körpüyə çırpılıb və alışaraq yanıb. Qəza nəticəsində 20 nəfərin öldüyü, 29 nəfərin yaralandığı açıqlanıb.
Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu bildiriblər.
Mənbə: Haber Global
www.102info.az