AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə üç qrupda ümumilikdə 7 matç keçirilib.
İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi Xorvatiyanı qəbul edib. Qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xorvatiyanın qollarına Mateo Kovaçiç 20 və 45+4-cü dəqiqələrdə imza atıb.
A qrupunun favoriti İspaniya Şotlandiyanın qonağı olub. Bu görüşdə sürpriz nəticə qeydə alınıb. İspanlar gözlənilmədən 0:2 hesablı məğlubiyyətlə üzləşiblər.
Şotlandiyanın hər iki qolunu Skot Maktominey vurub.
Seçmə mərhələ
II tur
28 mart
A qrupu
Gürcüstan – Norveç – 1:1
Qollar: Mikautadze, 60 – Sörlot, 15
Şotlandiya – İspaniya – 2:0
Qollar: Maktominey, 7, 51
D qrupu
Türkiyə – Xorvatiya – 0:2
Qollar: Kovaçiç, 20, 45+4
Uels – Latviya – 1:0
Qol: Mur, 41
İ qrupu
İsveçrə – İsrail – 3:0
Qollar: Varqas, 39, Amduni, 48, Vidmer, 52
Rumıniya – Belarus – 2:1
Qollar: Stançiu, 17, Burça, 19 – Morozov, 86
Kosovo – Andorra – 1:1
Qollar: Jeqrova, 59 – Rosas, 61
www.102info.az