Nigeriyada meningit epidemiyası 50-dən çox insanın ölümünə səbəb olub

Dünya


Nigeriyada meningit epidemiyasında 52 nəfər ölüb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən açıqlama verilib.

Paytaxt Abuca ilə yanaşı, 21 ştatda da meningit xəstəliyinə yoluxmalara rast gəlinib.

Açıqlamada qeyd olunub ki, ilin başlanğıcından meningitə 628 yoluxma hadisəsi aşkarlanıb və onlardan 52 nəfər həyatını itirib.

Epidemiya ilə mübarizə üçün araşdırmaya başlanıldığı bildirilib, boyun və baş ağrısı şikayətləri olanların xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, beyindən başlayaraq bütün bədəni təsir edən meningit hava-damcı yolu ilə keçir.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir