Argentina millisinin Kurasaoya qarşı yoldaşlıq oyununda (7:0) het-trik edən Lionel Messi yığma karyerasında vurduğu qolların sayını 102-yə çatdırıb.
Oxu.Az xəbər verir ki, bununla da 35 yaşlı forvard 100 qol həddini keçən üçüncü futbolçu olub. O, yalnız Kriştianu Ronaldu və Əli Daeidən geri qalır. Ronaldu Portuqaliya millisinin heyətində 198 matçda 109 dəfə fərqlənib. İranlı Əli Daeinin də aktivində 109 top var (148 oyun). Messiyə isə 102 qol vurmaq üçün 173 matç keçirmək lazım olub.
İlk “5-lik”də Moxtar Dahari (Malayziya; 142 oyunda 89 qol) və Ferens Puşkaşla Sunil Çetri də var. Puşkaş Macarıstan və İspaniya millilərində 89 matçda 84 dəfə fərqlənibsə, Çetri Hindistan yığmasında bu saya çatmaq üçün 132 oyuna ehtiyac duyub.
www.102info.az