Çox sayda film və seriallarda rolları ilə tanınan məşhur türkiyəli aktyor Mehmet Aslantuğ Türkiyə İşçi Partiyasından (TİP) millət vəkilliyinə namizədliyini irəli sürüb.
Bu barədə partiyanın sədri Erkan Baş öz “Twitter” hesabında açıqlama verib.
“Millət vəkilliyinə namizədlik təklifimizi qəbul edərək bizə güc verən əziz Mehmet Aslantuğa təşəkkür edirəm. TİP sənindir, kapitan”, – deyə o qeyd edib.
Mənbə: Haber Global
www.102info.az