“The Wall Street Journal” qəzetinin müxbiri həbs edildi: Casusluqda ittiham olunur

Dünya


“The Wall Street Journal” qəzetinin müxbiri Evan Gerşkoviç casusluqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən ABŞ hökumətinə casusluqda şübhəli bilinən “The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiri, Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş, 1991-ci il təvəllüdlü, amerikalı Evan Qerşkoviçin qanunsuz fəaliyyəti dayandırılıb”, – deyə məlumatda qeyd edilib.

“Müəyyən edilib ki, Evan Gerşkoviç ABŞ tərəfinin göstərişi əsasında Rusiyanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrdən birinin fəaliyyəti ilə bağlı dövlət sirri hesab olunan məlumatlar toplayıb. O, məxfi məlumatları əldə etməyə çalışarkən Yekaterinburqda saxlanılıb”, – deyə FTX-dən qeyd edilib.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən ABŞ vətəndaşına qarşı casusluq maddəsi ilə cinayət işi açılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir