Bu həftə Pakistanın Pəncab əyalətində pulsuz un paylanması zamanı baş verən izdihamda azı 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hindistanın NDTV telekanalının cümə axşamı verdiyi məlumata görə, insidentə səbəb əyalətin müxtəlif rayonlarında un paylanmasını təşkil edərkən administrasiyanın səhv hesablamaları olub. Ölən və yaralananların çoxu qadındır.
Polis asayişi bərpa etmək üçün rezin dəyənəklərdən istifadə edib.
Un daşıyan yük maşınlarına hücumların artması səbəbindən onlar hərbi qulluqçular tərəfindən qorunmağa başlayıb.
Pəncab rəsmiləri əyalətdə 100 milyon insanın pulsuz un almalı olduğunu açıqlayıblar. Bu məqsədlər üçün 53 milyard rupi (187 milyon ABŞ dolları) ayrılıb.
www.102info.az