İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Güneyli idmançı Səhənd Nurməhəmmədzadə bundan öncə edama məhkum edilmişdi. Amma barəsində edam hökmü İran Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.
İdmançının atası Cəfər Nurməhəmmədzadə bununla bağlı danışıb.
“5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz. Bir gənci ictimailəşmədən necə 16 il həbsdə saxlamaq olar? Bu hökm son dərəcə ədalətsizdir. Bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir”, – deyə o qeyd edib.
www.102info.az