AP millət vəkilləri Brüsseldə nümayiş keçirdilər: “Fransada polis zorakılığına son qoyun”

Dünya


Avropa Parlamentinin (AP) bir qrup millət vəkili Fransada pensiya islahatına etiraz edənlərə qarşı polis zorakılığının dayandırılmasını tələb edib.

Avropa Parlamentində (AP) Sol qrupdan olan millət vəkilləri Belçikanın paytaxtı Brüsseldə AP binası qarşısında nümayiş keçirib.

Əllərində “Fransada polis zorakılığına son qoyun” yazılmış plakatlar tutan 20-dən çox millət vəkili Fransa polisini etirazçılara qarşı qəddarlıqda ittiham edib.

“Fransada xalq demokratik nümayiş hüququndan istifadə edərkən polis zorakılığı ilə üzləşdi. Bu gün AP millət vəkilləri polis zorakılığına qarşı parlamentdən mesaj verirlər. Şiddətə haqq qazandırılması mümkün deyil”, – deyə AP-dəki Sol qrupdan verilən açıqlamada qeyd edilib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir